ABŞ Dövlət Departamenti Monqolustanı Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında ölkəyə səfəri zamanı “həbs etməkdən” imtina etdiyinə görə qınamayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller departamentin rəsmi saytına açıqlama verib.
“Birləşmiş Ştatlar Monqolustanın vəziyyətini yaxşı başa düşür. Böyük qonşuların yanında yerləşən kiçik bir ölkədir. Biz onu dəstəkləməyə davam edəcəyimizə ümid edirik, lakin ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməsi vacibdir”, -deyə Dövlət Departamentinin sözçüsü bildirib.
ElcanMissiya.Az