EN

Fələstin: Netanyahu göstərdiyi xəritə ilə ölkə xalqının ilhaqı niyyətini ortaya qoydu

Fələstin Rəyasət Heyəti bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu göstərdiyi xəritə ilə ölkə xalqının ilhaqı niyyətini ortaya qoyub.

Turkustan.az xəbər verir ki, Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeyne Netanyahunun işğal altındakı İordan çayının qərb sahilinin xəritəsindən istifadə etməsinə reaksiya verib.

Əbu Rudeyne, "Netanyahunun Qəzza zolağındakı Filadelfi dəhlizindən geri çəkilməməsi ilə bağlı sözlərini, eləcə də İordan çayının qərb sahilinin işğalçı dövlətə aid olduğunu göstərən xəritədən istifadə etməsini pisləyirik. Bunlar qəbuledilməzdir. Bunlar təhlükəli pozuntulardır”.

İstər siyasi, istərsə də hərbi bu “qarışıq siyasətlərin” heç kimə inam və sabitlik gətirməyəcəyini ifadə edən Əbu Rudeyne, “Bunlar həm də İsrailin işğalı möhkəmləndirmək, ilhaq və məskunlaşmalar elan etmək niyyətinin açıq göstəricisidir” dedi.

İsrailin Qəzza zolağında "soyqırım müharibəsi"ni və işğal altındakı İordan çayının qərb sahilindəki hücumlarını davam etdirdiyini və bunun bütün bölgədə qeyri-sabitliyə səbəb olduğunu vurğulayan Əbu Rudeyne, Fələstin torpaqlarında baş verənlərə görə İsrailin ən böyük dəstəkçisi olan ABŞ-ı məsuliyyət daşıdığını bildirib.

Fələstinin bölgə və dünya üçün prioritet məsələ olaraq qalacağını vurğulayan Əbu Rudeyne ABŞ-ın səylərinin “Qəzzada hücumları dayandırmaq” deyil, bölgədə daha genişmiqyaslı müharibənin qarşısını almaq olduğunu bildirib.

Əbu Rudeyne vurğuladı ki, İsrailin hərəkətlərinə qarşı Fələstinə olduğu kimi ərəb və beynəlxalq legitimliyə əsaslanaraq bir yol xəritəsi müəyyən edilməlidir.

İsrailin baş naziri Netanyahu dünən keçirdiyi mətbuat konfransında işğal altındakı İordan çayının qərb sahilinin “ilhaq edildiyi” xəritəni göstərib.

Netanyahu ötən il sentyabrın 22-də BMT Baş Assambleyasında etdiyi çıxışında İordan çayının qərb sahilinin “ilhaq edildiyi” xəritədən də istifadə edib.

İsrail 1967-ci ildə "Altı Günlük Müharibə" kimi tanınan döyüşdə İordan çayının qərb sahilini, Şərqi Qüdsü, eləcə də Sinay yarımadasını işğal edib.

İsrail 1982-ci ildə Misirlə Kemp-Devid müqaviləsini imzaladıqdan sonra Sinay yarımadasındakı işğalına son qoysa da, 57 ildir ki, İordan çayının qərb sahilindəki işğalını davam etdirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
143
18
turkustan.az

10Sources