2024-cü ilin yanvar-iyun aylarında Bakı metrosu 113 milyon 195,2 min nəfər sərnişin daşıyıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 418,7 min nəfər və ya 4,1% çoxdur.
Bildirək ki, 2023-cü ilin yanvar-iyun aylarında Bakı metrosu 108 milyon 776,5 min nəfər sərnişin daşıyıb.
İlk rübdə sərnişin dövriyyəsi 52 min 154 sərnişin-km (4,1%) artaraq 1 milyon 336 min 43 sərnişin-km təşkil edib.
2023-cü ilin I yarısında bu göstərici 1 milyon 283 min 889 sərnişin-km təşkil edib