EN

Yaşı 30-dan az olan amerikalı seçicilərin yarısı Harrisi dəstəkləyir - NBC

Yaşı 30-dan az olan amerikalı seçicilÉ™rin yarısı prezident seçkilÉ™rindÉ™ ABÅž-ın vitse-prezidenti Kamala HarrisÉ™ sÉ™s vermÉ™k niyyÉ™tindÉ™ olduÄŸunu bildirib. Yalnız respondentlÉ™rin  üçdÉ™ biri keçmiÅŸ prezident Donald Trampın namizÉ™dliyini dÉ™stÉ™klÉ™yib. Bunu NBC News sorÄŸunun nÉ™ticÉ™lÉ™rinÉ™ istinadÉ™n xÉ™bÉ™r verib. 

Belə ki, seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş Z nəsli adlanan 18-29 yaşlı respondentlərin 50%-i prezident seçkilərinin bu gün keçiriləcəyi təqdirdə Harrisi seçəcəklərini bildiriblər. Eyni zamanda Trampı yalnız 34% dəstəkləyib. Üstəlik, hər onuncu sorğu iştirakçısı səs verməyəcəklərini bildiriblər.

Eyni zamanda, seçkiyə gedəcəyinə az qala əmin olan gənc seçicilərin 60%-i vitse-prezidenti dəstəklədiyini bildirib. Bu rəqəm 2020-ci ildə keçirilən sorğunun nəticələri ilə üst-üstə düşüb. O zaman 18-29 yaşlı amerikalıların 60%-i gələcək prezident Co Baydeni dəstəklədiyini bəyan edib.

Nəsil Z seçicilərinin cəmi 73%-i prezidentliyə namizəd olmaq hüququ olan namizədlər üçün yaş məhdudiyyətinin müəyyən edilməsini dəstəkləyəcəklərini, 27%-i isə belə bir məhdudiyyətin əleyhinə olduğunu bildirib.
 
N.Təbrizli

www.anews.az
Chosen
166
anews.az

1Sources