EN

Ukrayna və İrlandiya təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və İrlandiya ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.

Bu barədə Ukrayna prezidentinin ofisinin saytında deyilir. Bu il Dublin Kiyevə 128 milyon dollar hərbi dəstək və daha 40 milyon dollar humanitar yardım göstərməyi öhdəsinə götürüb. Ölkə həmçinin partlayıcı sursatların məhv edilməsi üçün Ukraynaya avadanlıq ötürəcək və bundan sonra Ukrayna ərazisində minaların təmizlənməsi koalisiyasında iştirak edəcək.

Qeyd edək ki, İrlandiyanın baş naziri Saymon Harris Kiyevə səfər edir. Onun Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya ilə mübahisəni, Aİ-nin Kiyevə dəstəyini və Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə edəcəyi gözlənilir. Görüşdən sonra bir sıra sənədlər imzalanacaq.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
editor.az

1Sources