EN

Kim Çen In 30-a yaxın məmuru EDAM ETDİRDİ - SƏBƏB

Şimali Koreya lideri Kim Çen In ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam edib.

 

Sfera.az bildirir ki, bununla bağlı Cənubi Koreya mediasında iddialar irəli sürülüb. Bu xəbərlər kəşfiyyat mənbələrinə əsasən yayılıb. “Korrupsiya” və “vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirilən yüksək səviyyəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra olunduğu bildirilib. Lakin sözügedən məmurların kimliyi açıqlanmayıb.

 

Qeyd edək ki, iyulun 27-dən etibarən Şimali Koreyanın Çin sərhədinə yaxın bölgələrinə leysan yağıb. Daşqınlar bu bölgələrə maddi ziyan vurub. Ordunun helikopter dəstəyi ilə həyata keçirdiyi əməliyyatla təxminən 5 min insan xilas edilib, Şimali Koreya rəhbərliyi fəlakətdə ölənlərin olmadığını açıqlayıb. Buna baxmayaraq, 4 min 100 yaşayış evinin və 3 min hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib. Ölkə lideri Kim Çen In isə təbii fəlakətdən sonra qabaqlayıcı tədbirlər görməməkdə səlahiyyətli şəxsləri günahlandırıb.

 

Günay 


 

Chosen
222
6
sfera.az

7Sources