Rusiya Gürcüstandan qopardığı və qondarma respublika kimi dəstəklədiyi Abxaziyaya maliyyə ayırmalarını dayandırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə qondarma qurumun “xin başçısı” Sergey Şamba məlumat verib.
O, deyib ki, Rusiya sentyabrın 1-dən separatçı Abxaziyada müəllimlər, həkimlər və təhlükəsizlik qüvvələri üçün sosial ödənişləri dayandırıb. Bundan əlavə, payız-qış dövründə elektrik enerjisinin təchizatı kommersiya qiymətləri ilə həyata keçiriləcək.
Rusiya mətbuatı yazır ki, Kreml qondarma rejim rəhbərliyini bu yolla cəzalandırmaq istəyir. Ona görə ki, Abxaziyaya hazırda rəhbərlik edənlər Kremlin bəzi tələblərinə müqavimət göstərirlər.
Söhbət məhkəmə-hüquq sistemi də daxil olmaqla, bir çox idarəetmə institutlarının Rusiya idarəetmə sisteminə tədricən inteqrasiya edilməsindən gedir.