Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Bundan başqa, 271 nəfər yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.
Xilasedicilər qeyd ediblər ki, təlim korpusunun altı mərtəbəli binasının dağıntıları altında beş nəfər ola bilər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.