EN

Çinə "işləyən" bələdiyyə sədri saxlanıldı

Çinin xeyrinə casusluqda ittiham olunan Filippinin keçmiş meri Elis Quo İndoneziyada saxlanılıb.

"Unikal" xəbər verir ki, bu  barədə Filippin prezidenti kiçik Ferdinand Markos "Facebook" da məlumat paylaşıb.   

Markos Tarlak əyalətinin Bamban rayonunun keçmiş meri Alice Quonun İndoneziyada saxlanıldığını açıqlayıb. 

Əməyi keçən polis əməkdaşlarını təbrik edən Markos, bu mövzuda göstərdiyi köməyə görə İndoneziya hökumətinə də təşəkkür edib. 

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Filippin Milli Polisinin (PNP) sözçüsü Jan Fajardo Quonun ölkəyə ekstradisiyası ilə bağlı İndoneziya polisi ilə danışıqlar aparıldığını açıqlayıb. 

Quo bələdiyyə sədri olduğu rayonda fırıldaqçılıq mərkəzləri və insan alveri təşkilatları üçün “cəbhə” olan onlayn kazinoları qorumaqda ittiham olunur. 

Chosen
134
50
unikal.az

10Sources