EN

Hidayət Heydərovun liderliyi davam edir- idmançılarımızın sentyabr REYTİNQİ

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, sentyabr üçün müəyyənləşən siyahının ilk "üçlüy"ündə 1 dəyişiklik olub.

Cədvələ yenə cüdo üzrə son Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov başçılıq edir. Onun aktivində 590 xal var.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (500 xal) yerdə qərarlaşıb. Üçüncü pilləni digər olimpiya çempionu Zelim Kotsoyev ələ keçirib - 470 xal. O, kişi idman gimnastikası üzrə Dünya kubokunun qalibi Nikita Simonovu (400 xal) qabaqlayıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
90
4
milli.az

5Sources