EN

“Mənimlə getmək istəmədi, əsəbiləşib söydüm”

Bakıda taksi sifariş edən müştəriyə qarşı təhqiramiz ifadələr işlədən sürücü həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 2-si Nərimanov rayonu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü S.Məmmədov (şərti) proqram vasitəsilə çağırış üzrə xanım müştəri ilə əlaqə saxlayıb. Bu zaman onlar arasında mübahisə baş verib.
Barəsində İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilən sürücü ifadəsində deyib: “Xanım müştəri ilə aramda anlaşılmazlıq olub. Mənə yolu yanlış tərif etmişdi. Mən də ona sifarişdən imtina etməsini bildirdim. Sərnişini tapan zaman isə mənimlə getmək istəmədiyini bildirdi. Bu zaman əsəbiləşib onu söydüm. Əməlimdən peşmanam, səhvimi etiraf edirəm”.
Sürücü barəsində Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində xırda xuliqanlıq əməli ilə bağlı tərtib edilmiş protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə sürücü həbs edilməməsini xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 yaşlı sürücüyə 5 sutka inzibati həbs cəzası verilib.

Chosen
52
2
arantv.az

3Sources