EN

FED vəziyyətdən razıdır

ABŞ Federal Ehtiyat Sistemi (FED) son həftələrdə ölkə daxilində iqtisadi fəallığın yavaşladığını və qiymətlərdə mülayim artımların olduğunu bildirib.

FED, Amerika iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən “Bej Kitab” hesabatının sentyabr sayını dərc edib.

Bankın 12 filialının təhlilləri ilə hazırlanan hesabatda 3 bölgədə iqtisadi aktivliyin bir qədər artdığı, aktivliyin sabit olduğu və ya azaldığı bildirilən rayonların sayının ötən hesabat dövründəki 5-dən 9-a yüksəldiyi bildirilib.

Hesabatda məşğulluq səviyyəsinin ümumilikdə sabit qaldığı, işdən çıxarılmaların nadir hallarda baş verdiyi və əmək haqqı artımlarının orta səviyyədə olduğu bildirilib.

Hesabatda əksər bölgələrdə istehsal aktivliyinin azaldığı və qarşıdakı aylarda regionlarda iqtisadi fəaliyyətin ümumilikdə sabit qalacağı və ya bir qədər yaxşılaşacağı, 3 bölgədə isə cüzi azalma proqnozlaşdırıldığı bildirilib.

“Ümumilikdə, ötən hesabat dövründə qiymətlərdə mülayim artım müşahidə olunub”, – deyə məlumatda bildirilir. Qarşıdakı aylarda qiymət və xərc təzyiqlərinin sabitləşməsi və ya azalması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
vaxt.az

1Sources