"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Lion" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi Jordan Veretunu rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi "Marsel"i "ağ-göylər"ə dəyişib. Tərəflər arasında imzalanan müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
"Lion" bu transfer üçün bonuslar daxil 7 milyon avro ödəyəcək. Əlavə olaraq, futbolçunun sabiq klubu onun növbəti satışından 25 faizlik gəlir əldə edəcək.
Qeyd edək ki, Jordan ötən mövsüm Liqa 1-də 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Qalatasaray” Viktor Osimheni belə açıqladı - VİDEO
Klublararası dünya çempionatının yeni loqosu - FOTO
“Yuventus” serbiyalı futbolçusunu Türkiyə klubuna sata bilər
"Çelsi"nin futbolçusu "Fənərbaxça" yolunda
Vüsal İsgəndərlinin komandası baş məşqçi ilə yollarını ayırıb