Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilənəsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Dövlətin ən yüksəkhüquq qüvvəsinə malik olan Ana Qanununun sözügedən maddəsinin Ihissəsində hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada vəmüddətlərdə yazılı cavab verilməli olması yazılıb. “Vətəndaşlarınmüraciətləri haqqında” 30.09.2015-ci il tarixli qanunun 3.0.11-ci bəndindəyazılı müraciətin kağız üzərində və ya elektron formada tərtibolunmuş müraciət olduğu; 3.0.12-ci bəndində elektron müraciətinmüraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektronünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilənmüraciət olduğu doğrulanıb. Qanunun 7.6 maddəsinə görə, elektronmüraciətə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsiləELEKTRON QAYDADA və ya müraciət edənin XAHİŞİ İLƏ poçt vasitəsiləyazılı cavab verməklə baxılır.Konstitusiyanın, qanunun tələblərini vurğulamaqda amacımız dövlətorqanlarının, onların vəzifəli şəxslərinin qanunvericiliyə, konstitusionhüquqa sayğısızlığını diqqətə çatdırmaqdır. Hansısa dövlət qurumununKonstitusiyadan, qanundan bilgisizliyi mümkündürmü? Təbii ki, ritoriksualdır. Di gəl, hətta hüququn, qanunun qorunmasına təhkim edilənqurumların müraciətlərə baxmaqda qanunsuzluqları ciddi rahatsızlıqdoğurur. Bəyəm prokurorluğun, məhkəmənin texniki heyətinin, ədliyyəorqanlarının qanundan soraqları yoxdur? Vətəndaş elektron qaydadamüraciət etdiyi halda, niyə poçtla cavab verilir? Hələ bu cavabınmahiyyətcə qanunsuzluğunu bir yana qoyaq.Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibovunpoçtla 04.09.2024-cü ildə göndərdiyi 28.08.2024-cü ildə imzalananelektron sənədin surətindən nəsə anlamaq mümkün deyil. Bəlkə ədliyyənaziri, bağlantılı qurumlar, oxuyanlardan kimsə anlaya bildi, görəsən başidarə rəisi Mülki Prosessual Məcəllənin 151-153-cü maddələrini köçürməklənə demək istəyir? Bu cavab vətəndaşın hansı müraciətinədir? Deyəsən,hansısa məhkəmə özbaşınalığı ilə bağlıdır. Axı (mərkəzi) icra hakimiyyətiorqanı olan Ədliyyə Nazirliyinin məhkəmə hakimiyyətinin funksiyasına aidolan məsələyə baxması Konstitusiyaya ziddir. Aha, bəlkə də “it ilində”kisorğuya “əjdaha ilində” verilən gecikmiş cavabdır, nə bilək, nə anlayaq?Anladıq ki, ƏN-in elektron poçtuna müraciətlərə qadağa qoyulub, axıhəmin hökumət poçtundan müraciətlərə ki qadağa yoxdur! Niyəqanunvericiliyin tələbinə uyğun vətəndaşın elektron poçtuna cavabverilmir?Görəsən, baş idarə rəisi özü bu cavabından nəsə anlaya bilir? Suallncavabını elektron qaydada gözləyirik.Məğrur BədəlsoyDia-az.İnfo