EN

Peskov: Durovla bağlı vəziyyət Rusiya ilə Fransanı əlaqə yaratmağa təşviq etməyəcək

Rusiya “Telegram”ın həmtəsisçisi, Rusiya və Fransa vətəndaşlığına malik olan Pavel Durova kömək etməyə hazırdır, lakin çətin ki, onun vəziyyəti Rusiya Federasiyası və Fransanı hər hansı əlaqəyə sövq edə bilsin.

“İki sahil”in məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində bildirib.

“Rusiya tərəfi, əlbəttə ki, öz vətəndaşına bütün lazımi yardımı göstərməyə hazırdır, lakin Pavel Durovla bağlı məsələdə vəziyyət fərqlidir, çünki o, Fransa vətəndaşıdır və əlbəttə ki, Fransa hakimiyyəti üçün yeganə və prioritet onun vətəndaşlığıdır. Ona görə də buradakı imkanlarımız məhduddur və çətin ki, bu vəziyyət nə Rusiyanı, nə də Fransanı hansısa şəkildə təmas qurmağa təşviq etsin”, - Peskov deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
95
1
ikisahil.az

2Sources