EN

Yeni parlamentdə nazir müavininin xanımı da var 

Məlum olduğu kimi, yeni parlamentdə ilk dəfə təmsil olunacaq deputatların arasında bir neçə xanım millət vəkili də olacaq. 

Yeni xanım deputatların sırasında Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşı da var. 

Söhbət YAP tərəfindən namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışmış Nigar Məmmədovadan gedir. Bundan öncə N.Məmmədova həm də Vergilər Nazirliyində işləyib. vakansiyalar

Rəsmi nəticələrə görə seçkilərdə 61.6 faiz səs toplayan N.Məmmədova parlamentdə 48 saylı Abşeron Birinci Seçki Dairəsini təmsil edəcək. Həmin dairədə onun demək olar ki, heç bir ciddi rəqibi olmayıb...

Qeyd edək ki, seçkidən əvvəl bəzi saytlar N.Məmmədovanın sabiq Ədliyyə naziri Fikrət Məmmədovun qızı olduğuna dair məlumat yaymışdılar. Sonradan bu məlumatın doğru olmadığı məlum oldu.

Onu da əlavə edək ki, yeni deputatın həyat yoldaşı Elnur Məmmədov 2021-ci ildən XİN başçısının müavinidir.

“AzPolitika.info”


Telegram kanalımız
Chosen
93
4
yenisabah.az

5Sources