EN

AzFinance İnvestisiya Şirkəti ilin ilk yarısında zərər edib - HESABAT

“AzFinance İnvestisiya Şirkəti” QSC 2024-cü ilin ilk yarısını maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, şirkətin əsas investisiya xidməti üzrə gəlirləri 477,7 min manata bərabər olub. Bu da son bir il ərzində 134,5 min manat və ya 39,2% artım deməkdir.

Bundan müştəri sifarişlərinin qəbulu üzrə gəlirlər 80,9 min manat, portfelin idarəsi üzrə gəlirlər 157,6 min manat, investisiya məsləhətləri üzrə gəlirlər 100 min manat, öhdəlik götürmədən anderraytinq üzrə gəlirlər 46 min manat, öz hesabına əməliyyatlar üzrə gəlirlər 93,2 min manat təşkil edib.

İllik müqayisədə müştəri sifarişlərinin qəbulu üzrə gəlirlər 28,3 min manat (25,9%) azalıb, portfelin idarəsi üzrə gəlirlər 86,8 min manat (2,2 dəfə), investisiya məsləhətləri üzrə gəlirlər 99 min manat (100 dəfə), öhdəlik götürmədən anderraytinq üzrə gəlirlər 13,1 min manat (39,8%) artıb, öz hesabına əməliyyatlar üzrə gəlirlər 35,9 min manat (28%) azalıb.

İnvestisiya şirkətinin yardımçı investisiya xidmətləri üzrə gəlirləri son bir ildə cəmi 39 manat və ya 5,1% azalaraq 727 manata düşüb. Cəmi investisiya xidmətləri üzrə gəlirləri 499,1 min manata bərabər olub. Ötən il isə bu göstərici 1 milyon 240,1 min manat zərər idi.

Royalti, haqq və komissiya xərcləri 13,7 min manat və ya 20,6% artaraq 80,2 min manata yüksəlib.

Hesabat dövründə investisya şirkətinin əmək haqqı və sosial xərcləri 361,1 min manata, inzibati xərcləri 134,1 min manata, tədqiqat, məhsulun inkişafı və reklam xərcləri isə 41,2 min manata bərabər olub. İllik müqayisədə əmək haqqı və sosial xərcləri 10,3 min manat (2,9%), inzibati xərcləri 12,4 min manat (10,2%), tədqiqat, məhsulun inkişafı və reklam xərcləri isə 10,5 min manat (34%) artıb.

Əməliyyat mənfəəti 627 min manat və ya 3,3 dəfə azalaraq 269,7 min manata düşüb. Xalis maliyyə xərci isə 6,7 min manat və ya 12% artaraq 63,2 min manata yüksəlib.

Ötən ilin ilk yarısı ilə müqayisədə xalis zərər 599,6 min manat, başqa sözlə 2,7 dəfə azalaraq 353,6 min manat təşkil edib.

image

image

Chosen
155
fed.az

1Sources