EN

Qazanılan mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlara - Gömrük Komitəsindən reaksiya

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

Marja.az xəbər verir ki, Faktla bağlı Dövlət Gömrük Komitəsi aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırır:

Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.

Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.

Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır.

Qeyd edək ki, mətbuatda yayılan xəbərə görə, Azərbaycan Texniki Universitetinin tələbəsi “Apple” şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Chosen
76
25
marja.az

10Sources