EN

Tramp-Harris debatının yekun qaydaları təsdiqləndi


Amerikanın ABC televiziya şəbəkəsi çərşənbə günü ABŞ prezidentliyinə namizədlərin debatlarının yekun şərtlərini, o cümlədən mikrofonların işləmə qaydalarını və ən yüksək dövlət vəzifəsinə iddiaçıların görüş zamanı seçki qərargahının üzvləri ilə qarşılıqlı əlaqəsini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris arasında debat sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək.
Görüş ABC televiziya şirkəti tərəfindən təşkil olunacaq.
Yalnız görüşün moderatorları Tramp və Harrisə sual verə biləcəklər. Cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Rəqibin çıxışı zamanı mikrofonlar söndürüləcək.
Prezidentliyə namizədlərə kağız, qələm və bir şüşə su veriləcək. Əvvəlcədən hazırlanmış qeydlərin istifadəsinə icazə verilməyəcək. Debat iştirakçılarına, həmçinin reklam fasilələri də daxil olmaqla, tədbir boyu öz kampaniya rəsmiləri ilə ünsiyyətə icazə verilməyəcək.
Qeyd edək ki, Harris və Tramp arasındakı debat tərəflər arasında mikrofon qaydaları ilə bağlı mübahisəyə görə təhlükə altında idi. Harrisin kampaniyası ABC-dən görüş boyu mikrofonları açıq saxlamağı tələb etsə də, Trampın komandası mikrofonlarlarla bağlı iyun ayında Baydenlə debat üçün mövcud olan eyni qaydaları saxlamaqda təkid edirdi.
Chosen
126
50
yeniavaz.com

10Sources