EN

Ağciyər xəstəliklərinə səbəb olan amillər hansılardır?

Bəzi insanların orqanizmi  toz, tük, tüstü  və s şeylərə qarşı allergik quruluşdadır. Belə məqamlarda həssas olduqları üçün  insanlar bir çox hallarda müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Uzun müddət belə hallardan əziyyət çəkən insanlarda ağciyər xəstələklərin yaranması heç də təsadüfi deyil. Ağciyər xəstəlikləri, ağciyər bronxlarını, damarlarını zədələyən olmaqla müxtəlif yerlərə ayrılırlar. Araşdırmalara görə onların törədiciləri də fərqlidir.

Pulmonoloq Əsəd Beydullayev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ağciyər hava yollarını ən çox zədələyən və günümüzün  ən böyük bəlasına çevrilən siqaret və digər tütün məhsulları bu xəstəliklərin yaranmasına səbəb olur. Onun  sözlərinə görə, 
eyni zamanda  havanın çirkli olması da ağciyər xəstəliklərini yaradan səbəblərdən biridir: "Bundan əlavə ağciyər xəstəliklərinin  yaranmasında  qrip və digər  infeksion xəstəliklər də böyük yer tutur.  İnfeksiyaların qarşısı vaxtında alınmasa xəstəlik ağırlaşa və ağciyərdə pnevmaniya  yarada bilər".

Bəs belə xəstəliklərin tamamilə yox edilməsi mümkündürmü? 

Həkim bildirir ki, istənilən  orqan xəstəliklərinin ağırlıq dərəcəsini azaltmaq mümkün olsa da tam yox etməsi mümkünsüzdür: "Havanın təmizliyinin yüksək olması, tütün məhsullardan kənar qalması,  başqa xəstəlikləri varsa onların  vaxtı vaxtında müalicə olunması yolu ilə ağciyər xəstəliklərinin sayını azaltmaq olar".


Havar Şəfiyeva

1Sources