Erməni analitik Argişti Kiviryan diqqət çəkən açıqlamalar verib.
O, Mamul-a müsahibəsində deyib ki, qondarma soyqırımı məsələsi, eləcə də ermənilərin Osmanlı imperiyasının dağılmasında fəal iştirak etmələri bəzi mövcud problemlərin aradan qaldırılmasına mane olur. Hazırda qarşılıqlı inamsızlıq və nifrət hisləri var: "Lakin coğrafiyanı dəyişmək mümkün olmadığından, bizim də bu bölgəni tərk etməyə, bu kiçik ərazini itirməyə haqqımız olmadığından münasibətlərimizi hansısa yolla tənzimləmək üçün üsullar axtarmağa borcluyuq. Bunu bizim üçün heç kim etməyəcək. Təbii ki, bu, çox çətindir. Məsələnin mənəvi tərəfi də var. Bu bölgədə yaşamalı, təklif etdiyim addımları atmalı və münasibətləri normallaşdırmağın yollarını tapmalıyıq. Bunun üçün isə bu hakimiyyətlərin imkanlarından kənarda olan parlaq diplomatiya lazımdır...”
Tural