EN

Finlandiya milli təhlükəsizliyə təhdid səbəbiylə rus məktəblərini bağlayır

Finlandiya milli təhlükəsizliyə təhdid səbəbiylə rus məktəblərini bağlayır

“TASS” xəbər verir ki, onlar Şərqi Finlandiyanın Fin-Rusiya Məktəbini milli təhlükəsizlik üçün

potensial təhlükə olduğuna görə bağlamaq istəyirlər.

“Biz imkan verə bilmərik ki, bir millətin, yəni rusların Finlandiyada əslində öz məktəbi olsun.

Belə bir mühit rusiyayönlü təbliğat yaymaq cəhdlərinə meyllidir”, “İltalehti” qəzeti mənbədən

birinə istinadən yazır.

Hesabatda bildirilir ki, məktəbin fəaliyyət göstərdiyi Rusiya ilə həmsərhəd şəhərlərin -

Lappeenranta, İmatra və Yoensuu administrasiyası artıq onun işinin davam etdirilməsinin

Finlandiyanın milli təhlükəsizliyinə mümkün təhlükə yaratdığı barədə məlumatlandırılıb. Bu

təhlükələrdən biri də Rusiya dövlət mediasının bu təhsil müəssisəsinə diqqətinin artması və

Rusiya təbliğatında məktəb haqqında süjetlərdən istifadə edilməsidir.

Nəşrin məlumatına görə, hazırda hər üç şəhərdə 611 uşaq və yeniyetmə məktəbə gedir, onların

59%-nin ana dili fin dili, 37%-nin ana dili rus dilidir. Tələbələrin qalanlarının ana dilləri

ukrayna, kareliya, urdu, latış və ingilis dilləridir.

Almaz Həsənli

Chosen
102
oxumeni.az

1Sources