Bakıda yol nişanlarının görünməməsi ilə bağlı sürücülərdən biri redaksiyamızın elektron ünvanına müraciət edib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın İzmir küçəsindən gedir.
Belə ki, geriyə dönmə yerində quraşdırılmış iki məcburi hərəkət istiqaməti nişanları yaşıllığın arxasında gizləndiyi üçün sürücülər onları vaxtında görə bilmirlər.
Eyni zamanda maneəni sağdan keçməni bildirən nişan düzgün yerə quraşdırılmayıb. Qanunvericiliyə görə, bu nişan ayırıcı zolağın başlanğıc hissəsinə quraşdırılmalıdır. Lakin sözügedən yolda nişan geriyə dönmə yerinə çatmamış hissədə quraşdırıldığı üçün sürücüləri çaş-baş salır.
Könül Rauf