EN

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub - Müdafiə Nazirliyi

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan SQ-nin bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Öz növbəsində, Ermənistanın Müdafiə Nazirliyi 5 və 4 sentyabr (Naxçıvan istiqaməti) tarixlərində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması haqqında məlumatları təkzib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
turan.az

1Sources