Türkiyənin Tokat vilayətinin Niksar rayonunda mövsümi fındıq yığımında iştirak edən işçiləri daşıyan avtobus aşıb.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Ordudan Urfaya gedən avtobus Kayapaşa ərazisində aşıb.
Avtobusda biri beş yaşlı uşaq olmaqla 26 nəfər olub.
Hadisə nəticəsində bir uşaq ölüb, 25 nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az