1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyada miqrantın rəqəmsal profili yaradıla bilər.
Oxu.Az-ın REN TV-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Federal Millətlər Agentliyinin rəhbəri İqor Barinov bildirib.
"Cinayət keçmişi olan, radikal baxışlı insanların artıq ölkəmizin ərazisinə daxil ola bilməməsi üçün filtrlər işləməlidir", - deyə o qeyd edib.
Barinov əlavə edib ki, sistem digər ölkələrdə işləyəcək ki, Rusiyaya gəlmək istəyən şəxs lazımi sənədləri doldursun və Rusiyanın davranış normaları və qanunları haqqında məlumat alsın.