Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tərkibində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi (TSERA) maraqlı tender keçirib. Tribunainfo.az xəbər verir ki, agentlik pəncərə torlarının satın alınmasını reallaşdırıb.
Həmin tenderin qalibi “AUTODOOR TRADER” MMC olub. Pəncərə torlarının alınmasına isə 21.630 manat sərf olunacaq.
Qəribədir, görəsən, TSERA-ya nə qədər pəncərə toru lazımdır? Hətta lazım olarsa belə, bu torların qiyməti neçəyədir ki, onlara 22 min manata yaxın pul xərclənəcək?