EN

İsrailli ektremist mühacirlər fələstinlilərin yaşadığı Qərb Sahilindəki torpaqları necə sürətlə ələ keçirir?

Məqalə barədə məlumatMüəllif, Jake Tacchi, Ziad Al-Qattan, Emir Nader & Matthew CasselVəzifə, BBC Eye komandası

Fələstinli Aişə Ştayyə deyir ki, ötən ilin oktyabrında əli silahlı bir nəfər onun 50 ildir yaşadığı evinə girərək burdan çıxmasını tələb edib.

O, BBC-yə müsahibəsində bildirib ki, bu silahlı təhdid 2021-ci ildə işğal edilmiş Qərb Sahili ərazisində, onun evinə yaxın yerdə qanunsuz məskunlaşmadan sonra başlayan və getdikcə artan zorakı və hədə-qorxu kampaniyasının kuliminasiya nöqtəsi olub.

BBC-nin yeni araşdırmaları göstərir ki, son illərdə bu cür məskunlaşmaların sayı sürətlə artıb. Qərb Sahili boyunca hazırda ən azı 196 məskunlaşma məntəqəsi var və onlardan 29-u ötən il yaradılıb. Bu isə əvvəlki illə müqayisədə çoxdur.

Bu məntəqələr – ferma, daxma və ya bir qrup səyyar evdən (karavandan) ibarət ola bilər. Əksər hallarda bu cür yaşayış məntəqələrinin bitdiyini göstərən hasar və ya çəpərlər olmur və həm İsrail, həm də beynəlxalq qaydalara görə, bunlar qanunsuz sayılır.

Lakin BBC Dünya Xidməti İsrail hökuməti ilə yaxın əlaqələrə malik təşkilatlarının mühacirlərə yeni qanunsuz yaşayış məntəqələri tikmək üçün torpaq və pul verdiklərini göstərən sənədləri aşkar edib.

Bundan əlavə, BBC açıq mənbələr əsasında bu cür yaşayış yerlərinin yayılması prosesini analiz edib və Aişə Ştayyeni təhdid edən mühacirin kimliyini araşdırıb.

Ekspertlər deyir ki, qəsəbələrin qurulmasından fərqli olaraq, bu cür yaşayış məntəqələrini salmaq daha tez başa gəlir və qısa müddətdə geniş ərazini əhatə edə bilir. Onların sözlərinə görə, bu cür məntəqələrin artması Fələstin ictimaiyyətinə qarşı zorakılıq və hədə-qorxuların da artmasına gətirib çıxarır.

BBC İsrailin aşkar etdiyi Həmasa məxsus ən böyük tunellərdən birinə daxil olubFələstinli həkim: “Başını tərpədən və ya hər hansı bir hərəkət edən kim var idisə, vurdular”Cəhənnəmdən qaçış - "Uşaqlarımla birlikdə üfunət qoxuyan cəsədlərin arasıyla yeridik"Fələstin,

Şəklin mənbəyi, Matthew Cassel / BBC

Chosen
212
bbc.com

1Sources