EN

STAR NEZ-in fəaliyyəti texniki-profilaktika işləri üçün dayandırılıb

Bakı. Trend:

"SOCAR Turkiye" qrupuna aid STAR neft emalı zavodu (NEZ) 5sentyabrdan dayandırılaraq, texniki-profilaktika və modernizasiyaişlərinə başlayır.

Trend bu barədə “SOCAR Turkiye”yə istinadən xəbər verir.

Tədbir çərçivəsində zavodun bütün avadanlıqları yoxlanılacaq vətəmir ediləcək. İşlər təxminən 2 ay davam edəcək və əsas məqsədzavodun səmərəliliyini artırmaq, eləcə də, iş müddətini (texnikixidmətin və profilaktik işlərin arasındakı dövrlər) 4 ildən 5 iləuzatmaqdır.

Hazırkı məlumata görə, 2024-cü il üçün STAR NEZ Türkiyənin neftməhsullarına olan tələbatının təxminən 19,5 faizini ödəyir. Planlıdayandırılma və texniki xidmət zavodun istehsal gücünü 2,5 faizartıracaq.

"SOCAR Turkiye" təmir işlərini mütəxəssislər və beynəlxalqməsləhətçilərlə birlikdə planlaşdırıldığını bildirir. Həmçinin,"SOCAR Turkiye"nin "Neft Emalı və Neftkimya Zavodu" işçiləritəhlükəsizlik və əməyin mühafizəsi üzrə ətraflı təlimlərdənkeçiblər.

Texniki-profilaktika işlərinin başa çatması ilə ümumi işvaxtının 3,2 milyon insan-saatına çatması planlaşdırılır.

Texniki-profilaktika və modernizasiya işləri şirkətin əməliyyatsəmərəliliyini artıracaq, qabaqcıl texnologiyaları tətbiq edəcək vəuzunmüddətli davamlı böyümə məqsədinə çatmaq üçün sərmayələrinartırılmasını təmin edəcək.

Qeyd edək ki, STAR Neft Emalı Zavodu "Petkim" neft-kimyaholdinqi ilə əlaqəlidir və bütün neft xammalını bu holdinqəgöndərir.

STAR NEZ 2018-ci ilin oktyabr ayında istifadəyə verilib və illik13 milyon ton neft emal etmək qabiliyyətinə malikdir.

Zavod İzmir yaxınlığlında yerləşir və onun tikintisinə yatırılansərmayənin məbləği təxminən 7 milyard ABŞ dolları təşkil edir.

Məqalədə:
Chosen
92
az.trend.az

1Sources