EN

Hansı komandalar liqalarında hegemonluq edir? - SİYAHI

Son illərdə bəzi futbol klubları öz ölkələrinin hegemonuna çevriliblər. 

Həmin klublara daxili çempionatlarda rəqib tapılmır. Nəticədə, hər il belə klubların çempion olması adi hala çevrilir. Mövsüm başlayandan etibarən sözügedən hegemon komandanın sonda çempion olacağına heç kimin şübhəsi də olmur. Üstəlik, belə komandaların əksəriyyəti Avropada da ciddi uğurlara nail olurlar. 

Bəs hansı komandalar öz liqalarında hegemonluq edirlər? 

Hit.az siyahını təqdim edir:

1. Azərbaycan 
Son illərdə ölkəmizi Avropada uğurla təmsil edən "Qarabağ"a liqamızda rəqib tapılmır. Belə ki, Ağdam təmsilçisi son 10 ildə liqada 9 dəfə çempion olub. 

2. İngiltərə 
Nə qədər qəribə görünsə də Pep Quardiolaya görə İngiltərə də bu siyahıya daxil olub. Çünki onun çalışdırdığı "Mançester Siti" son 7 ilin 6-da çempion olmağı bacarıb. 

3. Fransa
Heç kimin bu siyahıda görməyə təəccüblənməyəcəyi ölkə elə Fransadır. Ona görə ki, "PSJ" ötən 12 ilin 10-da liqanı birinci sırada başa vurub. 

4. Almaniya 
"Bayern Münhen" isə 2012-2023-cü illərdə ardıcıl 11 dəfə "Bundesliqa" çempionu olub. 

5. Xorvatiya 
"Qarabağ"ı Çempionlar Liqasının "play-off" mərhələsində mübarizədən kənarlaşdıran "Dinamo Zaqreb" də son 20 ildə 18 dəfə daxili liqasında zəfərə nail olub. 

6. Şotlandiya 
Şotlandiya da isə "Seltik" son 13 ilin 12-də liqanın qalibi olub. 

7. Bolqarıstan 
Bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasından kənarlaşdırdığı "Ludoqorets" isə 13 ildir ki, ardıcıl olaraq Bolqarıstan liqasında çempionluq sevinci yaşayır. 

Pərviz

Chosen
131
hit.az

1Sources