EN

İspaniyalı futbolçu həbsdən azad edildi

İki qıza qarşı cinsi təcavüzdə şübhəli bilinən "Sevilya"nın hücumçusu Rafa Mir həbsdən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

27 yaşlı ispaniyalıya pasportu müsadirə olunmaqla ölkə ərazisini tərk etmək və zərərçəkənlərə 500 metrdən çox yaxınlaşmaq qadağan edilib. 

Qeyd edək ki, Rafa Mir müqavilə ilə "Valensiya"ya məxsusdur və "Sevilya"da icarə əsasında oynayırdı. O,  seksual zorakılıq ittihamı ilə həbs edilmişdi.

Chosen
52
2
ikisahil.az

3Sources