Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Basarkeçər rayonunu istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Zivel istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan sonra isə bu gün Ermənistan hökuməti Bakı ilə sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib.
Sizcə Ermənistanın iki tərəfli oynamasının səbəbi nədir? Məqsəd sülh sazişinin imzalanmasıdır, yoxsa yenidən müharibə etmək?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.
Əziz Əlibəyli
Ə.Əlibəyli bildirib ki, “Ermənistanın sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. Əlbəttə ki, sazişi imzaladıqdan sonra da, Paşinyan hakimiyyətini necə qoruya biləcəyini, hansı addımlar atacağını vəgedəcək proseslərə cavab verməlidir. Erməni cəmiyyəti qarşısında gərək mövqeləri sağlamlaşdırmağı bacarsın. İndiki vəziyyətdə bu mümkün görünmür. Ordunun hərbi baxımdan istifadəsi onu deməyə əsas verir ki, Paşinyan yenə daxili siyasi vəziyyəti onun əleyhinə olan ordunu manipulyasiya edir.
Düşünürəm ki,Ermənistan sülh sazişinin imzalanmasını istəyir. Digər tərəfdən də silahlanmanı da həyata keçirir. Amma Ermənistanın müharibə etmək gücü yoxdur. Bunu realizə edən faktoloji məsələlər ortadadır. Elə hesab edirəm ki, hazırkı vəziyyət Ermənistanın bu formada sülhə yaxınlaşmasını özündə əks elətdirir”.
Eltac Züflüqaroğlu/Turkustan.az