EN

KİV: Kennediyə sui-qəsdən dərhal sonra çəkilmiş video hərraca çıxarılacaq

Amerikanın 35-ci prezidenti Con Kennediyə sui-qəsdən sonra xəstəxanaya gedən kortejinin əvvəllər məlum olmayan videogörüntüləri hərraca çıxarılacaq. Hərrac Massaçusets ştatının Boston şəhərindəki RR Auctions evində keçiriləcək.

Herbiand.az bildirir ki, bu barədə People jurnalı məlumat yayıb.

Hərrac sentyabrın 28-də baş tutacaq. Filmdə kortej “Parklend” xəstəxanasına tələsir. Videonun müəllifi Dallasın (Texas ştatı) sakini Deyl Karpenterdir. Deylin ölümündən sonra video onun nəvəsi Ceyms Qeytsin əlinə keçib.

Qeyts nəşrə bildirib ki, film plastik süd qutusunda saxlanılırdı: “O, bir neçə il mənim şkafımda yerləşib”.

“Bizə məlum olan bütün digər videokadrlardan fərqli olaraq, bu lentdə dərhal hadisədən sonrakı anlar əks olunub, hansı ki, bu hadisə “Zapruderun Filmində” qeydə alınıb”, - RR Auctions-ın icraçı vitse-prezidenti Bobbi Livinqston jurnala deyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
125
50
herbiand.az

10Sources