EN

Rusiya Ermənistanı Azərbaycanla əlaqəni bərpa etməyə çağırıb » AzadMedia.az



Rusiya Federasiyasının İrəvandakı səfirliyi kommunikasiyaların açılması ilə bağlı işlərin bərpa olunmasının zəruriliyini bəyan edib. Onlar qeyd ediblər ki, Ermənistan Qərbin təzyiqi ilə qarşılıqlı fəaliyyəti dondurub.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyin zəruriliyini bildirib.

O qeyd edib ki, qrupun işi təkcə Cənubi Qafqazda nəqliyyat və kommunikasiya sistemlərinin blokdan çıxarılması üçün deyil, həm də regionda sülhün bərqərar olması üçün vacibdir.

Diplomat vurğulayıb ki, Rusiya Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır. Kopırkin əlavə edib ki, bununla üçtərəfli qrup məşğul olub.

Bundan əlavə, səfir bəyan edib ki, İrəvan Qərbin təzyiqi ilə Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili məsələsində üçtərəfli əməkdaşlığı dondurub.
Chosen
147
2
azadmedia.az

3Sources