İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Palermo” 34 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Balotelli B Seriyası klubu ilə danışıqlar aparır.
Marionun son klubu Türkiyədə “Adana Demirspor” olub. O, 16 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.