Masallı, 5 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görülmüş tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb.
Araşdırmalarla onda aşkar olunan 7 kiloqram marixuana və metamfetaminin satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.