Boğazda şiş hissi və badamcıqların tez-tez iltihabı mədə-bağırsaq traktının problemlərini göstərə bilər. Bu barədə “İzvestiya”ya qastroenteroloq Yevgeniya Zarubina məlumat verib. Boğazda şiş hissi, yeməkdən sonra öskürək, xroniki tonzillitin tez-tez kəskinləşməsi, narahatlıq və boğazda selik hissi, udma çətinliyi mədə möhtəviyyatının özofagusa, farenksə və qırtlağa geri axınının əlamətləri ola bilər. Torakal bel bölgəsindəki ağrı mədə və ya onikibarmaq bağırsağın xorası və ya kəskin pankreatit ilə əlaqəli ola bilər. Bildirilib ki, çəki almaqda çətinlik çölyak xəstəliyi və ya iltihablı bağırsaq xəstəliyində baş verir.
“Öz növbəsində, qanda hemoglobin və dəmir səviyyəsinin azalması yuxarı və ya aşağı mədə-bağırsaq traktından gizli qan itkisi və ya nazik bağırsaqda udulmanın pozulması ilə əlaqəli ola bilər”,- deyə həkim qeyd edib.
//Gülnarə Abasova, Editor.az
- Açıqlama
- Həkim
- Müalicə
- Xəstəlik
- Problemlər
- Yemək
- Barədə
- Problem
- Boğaz
- Iltihab
- Sağlamlıq Problemləri
- Mədə-Bağırsaq Xəstəlikləri
- Qastroenteroloq
- Mədə-Bağırsaq Traktı
- Səbəblər
- Öskürək
- Şikayətlər
- Mədə-Bağırsaq
- Şişlik
- Badamcıqlar
- Şəffaflığı
- Gastroenteroloq
- Boğazda Şiş Hissi
- Boğazda Şişlik
- Boğazda
- Şiş Hissi
- Yevgeniya Zarubina
- Badamcıq
- Boğazda Şiş
- Tez-Tez Iltihab
- Şiş Hiss
- Möhtəviyyat