EN

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əlizadə Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.

O, finalda gürcüstanlı Nino Loladzeni məğlub edib.

Qeyd edək ki, daha öncə Könül Əliyeva (48 kq) qızıl medala sahib çıxıb. Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

***

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.

Finalda uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

Chosen
134
21
90deqiqe.az

10Sources