EN

Moskva prokuroru Denis Popov tutduğu vəzifədən azad edilib…

Moskva prokuroru Denis Popov 5 ilə yaxındır işlədiyi bu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

...Denis Popov Moskva prokurorluğunu tərk etdi, komanda ilə vidalaşdı.

Bunu agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Popov 1972-ci ildə Sverdlovskda anadan olub. 2001-ci ildə Rusiya Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasını bitirib. O, 2019-cu il sentyabrın 7-dən Moskva Prokurorluğunda vəzifəyə başlayıb.

Əli Babayev

Chosen
93
1
sia.az

2Sources