EN

Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb VİDEO

Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, ötən ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölən körpələrin 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

Pediatr Günya Rəsulovanın sölərinə görə, 1 yaşadək uşaqların tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir. Orqanizmin müqaviməti aşağı olduğuna görə ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri üstünlük təşkil edir. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

Pediatr deyib ki, 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan, 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib. Uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar.

Pediatrın sözlərinə görə, ilk növbədə analar, həkimlər, tibb işçiləri hamiləliyin düzgün aparılmasına diqqət etməlidirlər. Valideynlər müayinədən keçirməyə çəkinməməlidir. Genetik problemlərin vaxtında aşkarlanması, müayinəsi və müaicəsi ən mühüum məsələrdən biridir. Gigiyenik qaydalar, düzgün qidalanma hər şeydən öndə gəlməli, riayət olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
176
50
xezerxeber.az

10Sources