EN

“Kanadanın bəzi parlament üzvlərinin bəyanatları təəssüf doğurur”

Erməni diaspor təşkilatlarının təsiri altında olan Kanadan parlamentinin bir neçə üzvü qondarma "Dağlıq Qarabağ Respublikasının" müstəqilliyinin elan edilməsinin ildönümünü qeyd etmək adı altında videomüraciət yayıblar.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, videomüraciətlərdə səslənən absurd fikirlərə etiraz olaraq Kanadada fəaliyyət göstərən NAC - Network of Azerbaijani Canadians (Kanada Azərbaycanlıları Şəbəkəsi) bəyanat yayıb.

NAC-in sosial media hesabları vasitəsilə yayılan və həmçinin Kanada parlament üzvlərinin ünvanlarına göndərilən müraciətdə, parlamentin ermənipərəst üzvləri - Grnett Genuis, Alexander Boulerice və Stephane Bergeron tərəfindən yayılan videomüraciətlərin gülünc olduğu və tarixi və siyasi reallıqlarla kökündən ziddiyyət təşkil etdiyi bildirilib. Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qaldığı və 700 000-dən artıq yerli azərbaycanlı əhalinin məcburi köçkün kimi öz torpaqlarında qovulduğu faktı qeyd edilib. 

Azərbaycan dövlətinin bu illər ərzində münaqişənin sülh yolu ilə həll edilməsi səylərinə sadiq qalmağına baxmayaraq, Ermənistən tərəfi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsbit edən 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədləri vecinə almayaraq qondarma qurum yaratmışdı. 2020-ci ildə Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etmək hüququnda istifadə etdi və 2023-cü ildə bu proses tamamlandı. 

Qeyd edilib ki, Kanada hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair dəfələrlə verdiyi bəyanatlara baxmayaraq, sözügedən deputatların işlətdiyi ifadələr Azərbaycan icmasının hiddətinə səbəb olub. Bu deputatlar, münaqişənin tarixi və hüquqi tərəfləri barədə öz biliklərini artırmalı və erməni lobbisinin təsirlərinə məruz qalmamalı, sülh və əmin amanlığı təşviq edən bəyanatlar verməlidirlər.

Qeyd edək ki, NAC - Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
162
milli.az

1Sources