Moskva prokuroru Denis Popov 5 ilə yaxındır işlədiyi bu vəzifədən azad edilib. SİA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
...Denis Popov Moskva prokurorluğunu tərk etdi, komanda ilə vidalaşdı.
Bunu agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, Popov 1972-ci ildə Sverdlovskda anadan olub. 2001-ci ildə Rusiya Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasını bitirib. O, 2019-cu il sentyabrın 7-dən Moskva Prokurorluğunda vəzifəyə başlayıb.
Əli Babayev