EN

Fransada yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək

Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa”, o cümlədən Fransa Sosialist Partiyası və Kommunist Partiyası ölkənin yeni baş naziri təyin edilmiş Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcək.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə “İtaətsiz Fransa” partiyasından deputat olan Erik Kokrel BFMTV telekanalının efirində bildirib.

“Biz etimadsızlıq votumu irəli sürəcəyik və bunun əsaslı səbəbi var. Düşünürəm ki, bizim Yeni Xalq Cəbhəsindəki tərəfdaşlarımız (solçu partiyaların koalisiyası - red.) da bunu edəcək”, - o deyib.

Telekanal partiyadakı mənbələrinə istinadən həmçinin Fransa Sosialist Partiyası kimi Fransa Kommunist Partiyasının da Mişel Barnyeyə etimadsızlıq səsverməsi irəli sürəcəyini bildirib.

Xatırladaq ki, bu gün - növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa Prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib.

Chosen
199
46
seherxeber.org

10Sources