EN

Elnur Allahverdiyevə məxsus olduğu bildirilən şirkətə yazılan protokola baxılacaq tarix açıqlandı: Valyuta vəsaiti geri qaytarılmayıb

"ABC-Telecom" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə sentyabrın 11-də baxılacaq.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC "Kontakt Home" əmtəə nişanının sahibidir. Mətbuatda dərc olunan yazılarda şirkətin VI çağırış Milli Məclisin deputatı Elnur Allahverdiyevə məxsus olduğu bildirilsə də, MMC bunu təkzib edir.

 

Xəyal Quliyev

Tarix: 6 Sentyabr 2024, 08:02   
Chosen
133
27
pravda.az

10Sources