10 oktyabr 2024-cü il saat 11:00-da "Bakı Sığorta" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında yerləşən "Bakı Sığorta" ASC-nin Baş ofisində baş tutacaq.
İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsi), həmçinin 969 telefon nömrəsi vasitəsi ilə müraciət edilə bilər.