Telegram-ın rəhbəri Pavel Durov Fransada həbsdən azad edildikdən sonra ilk dəfə sosial şəbəkələrdə mesaj yayımlayıb.
Medianews.az xəbər verir ki, Durov sözügedən şəbəkənin “anarxist cənnətinə” çevrilməsi ilə bağlı iddiaları yalan adlandırıb.
“Dəstəyinizə və sevginizə görə hamınıza təşəkkür edirəm. Keçən ay Parisə gələndən sonra 4 gün polisdə dindirildim. Mənə dedilər ki, başqaları tərəfindən Telegram-dan qanunsuz istifadəyə görə şəxsən məsuliyyət daşıya bilərəm, çünki Fransa hakimiyyəti Telegram-dan heç bir cavab almayıb”, – o qeyd edib.
Durov platformadan sui-istifadə ilə mübarizə prosesini təkmilləşdirməyə söz verib.
Ayşən