Ali Məhkəmədə Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Elxan Məlikovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 21 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində paytaxt ərazisində yerləşən yeraltı avtomobil dayanacağının giriş hissəsində qeydə alınıb.
Belə ki, Elxan Məlikov həmin ərazidə olan zaman tanışı, zərərçəkmiş Cavad Camalzadə onun ünvanına nalayiq ifadələr işlədib. Bu zaman o, üzərində olan cib bıçağını çıxararaq tanışının qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Məlikov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
Kamal Məmmədov