"İnternetlə bağlı yeni limitlər təyin olunduqdan sonra sosial şəbəkələrdə internetin keyfiyyətinin azaldığı deyilir. Bu barədə özəl və dövlət provayderlərin texniki açıqlamaları var. Deyilir ki, 100 mb və daha üstün internet paketlərindən istifadə etmək üçün modemdə düzgün konfiqurasiyalar quraşdırılmalıdır. Modemin 100 mb-ni dəstəkləməsi lazımdır. Hər bir qurğu müəyyən bir radiusda işləyir".
Bu barədə Ucnoqta.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov danışıb. Elvin Abbasov bildirir ki, modemin radiusundan kənara çıxmağının keyfiyyətə heç bir əlaqəsi yoxdur:
"Bu sadəcə modemin siqnallarının əhatəsi ilə əlaqəlidir. Əgər insanlar bu kimi hallardan əziyyət çəkirlərsə siqnal gücləndiricilərdən istifadə edilməlidir. Hər bir halda provayderlər də xidmət göstərdikiləri ərazilərdə öz qurğularını yaxşılaşdırmalıdırlar. Ola bilsin ki, əhalinin sayına görə, ailə təsərrüfatı, biznes sayına görə, müəyyən qurğular tam hesablanmayıb, daha aşağı işlə təmin olunubdur. Həmçinin ədalətsiz yanaşma da istisna olunmur. Bunlar hər biri texniki əsaslanmalıdr. Vətəndaşlar komputeri birbaşa xəttə qoşaraq speedtestlə öz internet limitlərini ölçməlidir, onu skreen edib paylaşa bilərlər".
Mütəxəssis internetin keyfiyyətinin aşağı olmasının bir çox səbəblərinin olduğunu qeyd edir:
"Onlayn oyunlar, K4 videolar, videokonfranslar və s. resurslardan istifadə. Hər bir halda bu məsələdə artıq texniki olaraq göstəricilər əhəmiyyət daşıyır. Yaxşı olar ki, internet sürətindən narazı insanlar provayderlərdən ödədikləri məbləğə uyğun sürəti tələb etsinlər".