EN

Şirkət 41 969 manat vergi borcuna görə məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Dermaks" şirkətini məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsi  vergi məsələləri ilə bağlıdır. 

İşə Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Dermaks" şirkətinin hazırda 41 969, 31 manat vergi borcu var. 

"Dermaks" şirkəti 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Afitap Kırkpulatdır.

Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
50
valyuta.az

10Sources