EN

Ukrayna ordusu Nyu-Yorkun bir hissəsini Rusiya ordusundan azad etdi...

Düşmən Nyu-Yorku tamamilə işğal etdiyini dəfələrlə bəyan edib, lakin ukraynalı müdafiəçilər bunu manipulyasiya adlandırıblar...
 
12-ci xüsusi təyinatlı “Azov” briqadasının əsgərləri Donetsk vilayətinin Nyu-York kəndinin bir hissəsinə nəzarəti bərpa edib və Ukrayna hərbçilərini mühasirədən azad ediblər.
 
Moderator.az  "TSN"-ə istnadla xəbər verir ki, bu barədə sentyabrın 6-da "Azov"un özündən məlumat çatdırılıb.
 
Məlumatda qeyd edilir ki, Toretsk istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmaq üçün 12-ci briqada birbaşa Nyu-York və onun ətraflarında müdafiə və hücuma cəlb olunub. Briqada gətirilən zaman döyüş xəttində vəziyyət fəlakət həddində olub.
 
“Lakin Azov briqadası döyüşçülərinin yüksək döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi, cəsarəti və peşəkarlığı sayəsində vəziyyəti sabitləşdirmək, Nyu-Yorkun bir hissəsini nəzarətə qaytarmaq və düşmən tərəfindən mühasirəyə alınan Müdafiə Qüvvələrini azad etmək mümkün olub”, - məlumatda deyilir. .
 
Hazırda vəziyyət gərgin olaraq qalır. Gün ərzində düşmən briqadanın məsuliyyət zonasına 15-ə qədər hücum edib, lakin ukraynalı döyüşçülər müdafiə xəttini qoruyur və uğurla əks-hücuma keçirlər.
 
“Düşmən dəfələrlə bəyan edib ki, o, Nyu-Yorku tamamilə işğal edib, lakin bu, işğalçıların növbəti manipulyasiyasıdır. Müdafiə qüvvələri qəsəbənin bir hissəsinə nəzarət edir və Ukrayna ərazilərini azad etmək üçün əlindən gələni edir”, - "Azov" vurğulayıb.
 
Xatırladaq ki, bir qədər əvvəl "Deep State"(“Dərin Dövlət”) analitikləri Ukrayna Silahlı Qüvvələrinin Nyu-York, Nelipovka və Liptsı yaxınlığında mövqelərini bərpa etdiyini bildiriblər.
 
S.Laçın
Chosen
111
4
moderator.az

5Sources